“Nuru Paşa” filminin çəkilişləri başa çatıb

“Nuru Paşa” filminin çəkilişləri başa çatıb
# 09 sentyabr 2008 11:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Qafqaz-İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 90 illiyinə həsr olunmuş “Nuru Paşa” iki hissəli bədii-sənədli filminin çəkilişləri başa çatıb. Film Azərbaycan və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sifarişi əsasında ekranlaşdırılıb. Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, çəkilişlər Yevlax, Gəncə, Göyçay, Şamaxı, İstanbul və Almaniyada aparılıb. Filmin ssenari müəllifi Qərənfil Xəlilova, rejissoru Nazimə Axundova, operatorları Manaf Quliyev və Aqil Çovdarovdur. Sentyabrın 13-də Bakıda Nuru Paşanın xatirəsinə həsr olunmuş anım mərasimində film ilk dəfə nümayiş ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR