Azərbaycanla Almaniya, Türkiyə və Rusiya arasında imzalanan əməkdaşlıq planlarına uyğun tədbirlər keçiriləcək

Azərbaycanla Almaniya, Türkiyə və Rusiya arasında imzalanan əməkdaşlıq planlarına uyğun tədbirlər keçiriləcək
# 11 sentyabr 2008 07:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq sentyabrın 15-də Manhaym şəhərində Almaniyanın Silahlı Qüvvələrə çağırış üzrə ekspert danışıqları (başlanacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir şəhərində İstehkam zabitləri üçün təməl kurs da həmin gün start götürəcək. Kurs gələn il avqustun 26-dək davam edəcək. Ankara şəhərində Artilleriya zabitləri üçün təməl kursu da sentyabrın 15-də başlanacaq, gələn il iyunun 12-də başa çatacaq. İstanbul şəhərində baş tutacaq «Rabitə zabitləri üçün təməl kursu», «NATO-ya ayrılmış bölmələrin «NATO əməliyyatlarına tam uyğunluq qabiliyyətinin qiymətləndirilməsinə hazırlanması üzrə Türkiyənin təcrübəsinin öyrənilməsi» kursları 15-19 sentyabr tarixlərində gerçəkləşəcək. «Maliyyə zabitləri üçün təməl kurs» isə sentyabrın 15-dən gələn il iyunun 12-dək davam edəcək. Azərbaycanla Rusiya arasında təhsil üzrə proqrama əsasən Kazan, Voronej, Sankt-Peterburq şəhərlərində hərbi ixtisaslar üzrə hərbi təhsil 13-14 sentyabrda keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR