Azərbaycan parlamentinin vitse-spikeri: “Müxalifətin əməkdaşlıq mərkəzinə heç bir maraq yoxdur”

Azərbaycan parlamentinin vitse-spikeri: “Müxalifətin əməkdaşlıq mərkəzinə heç bir maraq yoxdur”
# 11 sentyabr 2008 08:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) dünyanın ən yeni seçki texnologiyalarından istifadə edəcək. APA-nın məlumatına görə, bu barədə YAP icra katibinin müavini, vitse-spiker Bahar Muradova bildirib. Onun sözlərinə görə, Azərbaycanın, həmçinin, YAP-ın özünəməxsus seçki təcrübəsi var.

Buna baxmayaraq o, yeni texnologiyaların tətbiqini də vacib saydığını qeyd edib: “Azərbaycanın seçki təcrübəsi də artıq digər ölkələrdə öyrənilməkdədir. Biz digər ölkələrin seçki təcrübəsinin müsbət cəhətlərini götürməklə bərabər, yeni demokratiya nümunəsi, seçki kampaniyasını necə təşkil etmək nümunəsi də göstəririk”.

Müxalifətin prezident seçkilərini bəri başdan qeyri-legitim hesab etməsi ilə bağlı sualı cavablandıran B. Muradova cəmiyyətdə bu mövqeyə, həmçinin, əməkdaşlıq mərkəzinə heç bir marağın olmadığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR