Andres Herkel müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Andres Herkel müxalifət partiyalarının rəhbərləri ilə görüşüb
# 17 sentyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seşkiqabağı qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel Müsavat Partiyası, “Azərbaycan Naminə” İctimai Forum və “Azadlıq” blokuna daxil olan partiyaların liderləri ilə görüşüb. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. A. Herkel müxalifət partiyalarının prezident seçkilərində iştirak etməməsinin səbəbləri ilə maraqlanıb. E. Namazovun sözlərinə görə, görüşdə hər hansı yeni fikir səslənməyib. A. Herkel Avropa Şurasının prezident seçkiləri ilə bağlı Azərbaycanda həyata keçirəcəyi tədbirlərlə bağlı müxalifətçilərə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR