Mirmahmud Mirəlioğlu: “Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatların mövqeyi diqqətə alınmayacaq”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatların mövqeyi diqqətə alınmayacaq”
# 17 sentyabr 2008 11:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi təşkilatlar seçki ilə bağlı öz mövqelərini bildiriblər. Ancaq həmin qurumların indiyə qədər dedikləri istər Azərbaycanda, istərsə də beynəlxalq təşkilatlarda diqqətə alınmayıbsa, bundan sonra da alınmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, yeni qurumun fəaliyyəti oktyabrın 15-nə hesablanıb və bir neçə günlük iş planı var: “Prezident seçkisi sona çatmamış yekunları ilə bağlı qiymət verilib. Bu qiymətin seçkidən 40 gün əvvəl verilməsi təbəssüm və istehza doğurur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR