Azərbaycan prezidentinin respublikanın şimal-qərb rayonlarına səfəri başlayıb - YENİLƏNİB

Azərbaycan prezidentinin respublikanın şimal-qərb rayonlarına səfəri başlayıb - <font color=red>YENİLƏNİB</font>
# 19 sentyabr 2008 07:27 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı ilk olaraq Balakən rayonuna gəlib. Prezident buradakı Konserv Zavodunda yeni tikilən sexlərin açılışında iştirak edib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, onun Balakən rayonunda H. Əliyev adına Muzeyin və Rayon Mərkəzi Kitabxanasının açılışında iştirakı gözlənilir.

Balakəndən Zaqatalaya gedəcək dövlət başçısı orada Diaqnostika Mərkəzi, Zərifə Əliyeva adına Texniki Fənlər Liseyi, yeni təmirdən çıxan Heydər Əliyev Parkının açılışlarına qatılacaq. Prezident daha sonra Zaqatala rayonunun Aşağı Tala kəndində “İnter Tabak” şirkəti tərəfində inşa olunan zavodun tikintisi ilə tanış olacaq.

Dövlət başçısının Qax və Şəki, Oğuz, Qəbələ rayonlarına da gedəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR