ACP yerləşdiyi qərargahdan çıxıb

ACP yerləşdiyi qərargahdan çıxıb
# 19 sentyabr 2008 12:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi Kiçik Qala küçəsi, 128 ünvanındakı qərargahı bu gün tərk edib. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, bir il əvvəl bina sahibi ilə müqavilə bağlanıb və bu müddətdə sözügedən ünvanda fəaliyyət göstəriblər. Lakin vaxt tamam olduqda bina sahibi müqaviləni uzatmadan partiyanın qərargahı tərk etməsi ilə bağlı məhkəməyə müraciət edib.

Y. Abbasov məhkəmənin qərarına uyğun olaraq binanı tərk etdiklərini bildirib. O, partiyanın avadanlıqlarının müvəqqəti olaraq ACP sədri Akif Şahbazovun evinə yığılacağını, partiyanın isə partiya aktivlərindən birinin evində fəaliyyət göstərəcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR