Almaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək

Almaniyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan deputatı da iştirak edəcək
# 20 sentyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 21-24-də Almaniyada “Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığının yeni istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Milli Məclisin üzvü Fuad Muradov da iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Azərbaycan - Avropa qonşuluq siyasəti: stabillikdən modernləşməyə doğru”, həmçinin “Qafqaz regionunda uzun müddətli perspektivlər” mövzusunda müzakirələr aparılacaq. F. Muradovun konfransda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivləri, əldə olunan nəticələrlə bağlı çıxışı nəzərdə tutulub. Millət vəkili bu gün Almaniyaya yola düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR