Azərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib

Azərbaycan prezidenti XIII Pekin Paralimpiya Oyunlarında iştirak edən idmançıları və onların məşqçilərini qəbul edib
# 22 sentyabr 2008 16:32 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib.
APA-nın xəbərinə görə, prezident görüş iştirakçılarını Pekin Paralimpiya Oyunlarında qazanılmış qələbə münasibətilə təbrik edib: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə bizim paralimpiyaçılarımız 10 medal qazanıblar. Onlardan 2-si qızıl, 3-ü gümüş, 5-i bürünc medaldır. Bu, çox böyük nailiyyətdir, çox böyük qələbədir”.
Ölkədə idmanla məşğul olmaq üçün yeni imkanlar yaradıldığını deyən prezident daha bir neçə idman kompleksinin açılacağını söyləyib.
Daha sonra prezident idmançılara və onların məşqçilərinə mükafatları təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR