MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb

MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb
# 23 sentyabr 2008 11:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, treninqlər bütün ölkə ərazisindəki seçki dairələrində keçiriləcək. Treninqlərdə seçki komissiyalarının üzvlərinin səsvermə günü həyata keçirəcəkləri seçki hərəkətləri izah ediləcək. Maarifləndirmə işində məntəqə seçki komissiyalarının 30 minə qədər üzvü iştirak edəcək. Proqramı MSK-nın treninq qrupu həyata keçirir. Treninqlər sentyabrın sonuna kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR