Azərbaycan prezidenti Milli Arxiv İdarəsinin yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Milli Arxiv İdarəsinin yeni binasının açılışında iştirak edib
# 09 oktyabr 2008 14:24 (UTC +04:00)
Bakı - APA. Oktyabrın 9-da Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı əvvəlcə binanın xarici görünüşünü seyr edib, sonra rəmzi açılışı bildirən lenti kəsib.

Baş nazirin müavini Abid Şərifov və Milli Arxiv İdarəsinin sədri Ataxan Paşayev arxiv kompleksinin müasir tələblər səviyyəsində əsaslı təmir edilməsi, yenidənqurma işlərinə 15,9 milyon manat vəsait xərclənməsi barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR