Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub
# 25 oktyabr 2008 09:11 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 11.30-dan 11.45-dək və 22.40-dan 22.50-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini saat 22.45-dən 22.52-dək və oktyabrın 25-də saat 02.50-dən 03.00-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR