Demokratiya Uğrunda İttifaq İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırır

Demokratiya Uğrunda İttifaq İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırır
# 11 noyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratiya Uğrunda İttifaq (DUİ) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirəcək. DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, noyabrın 4-də təmsil olunduqları ittifaq adından İran səfirliyinə bu ölkədə yaşayan azərbaycanlılara qarşı milli ayrı-seçkiliyin, həbs və təzyiqlərin dayandırılması tələbi ilə məktub ünvanlanıb. Məktubda bu məsələ ilə əlaqədar İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare ilə görüş istəyi də açıqlanıb. Ə. Orucun sözlərinə görə, noyabrın 17-ə qədər səfirlikdən hər hansı bir cavab gəlməzsə, DUİ-də təmsil olunan 4 partiyanın iştirakı ilə diplomatik nümayəndəliyin binası qarşısında aksiya keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR