ADP siyasi partiyaların maliyyələşdirilməsi məsələsində öz meyarını müəyyənləşdirib

ADP siyasi partiyaların maliyyələşdirilməsi məsələsində öz meyarını müəyyənləşdirib
# 17 noyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi barədə qərar qəbul ediləcəyi halda partiyaların son parlament seçkilərində iştirakı və real siyasi fəaliyyətin əsas götürülməsini təklif edir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təklif ADP İdarə Heyətinin bu gün keçirilən iclasında səslənib. Partiya rəhbərliyi hesab edir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi cəmiyyətdə çoxpartiyalı sistemin yaradılmasında mühüm əhəmiyyət kəsb edə bilər. ADP bu problemin ədalətli, reallığa uyğun və ölkənin perspektivlərini nəzərə almaqla həll edilməsini məqsədəuyğun hesab edib.

ADP rəhbərliyi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son prosesləri də müzakirə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR