Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb
# 19 noyabr 2008 11:29 (UTC +04:00)
Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 19-da Azərbaycan Respublikasının Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz ötüşüb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrci Aberle keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR