AKP sədri: “Azərbaycanda sol yönümlü birlik yaratmaq üçün münbit şərait mövcud deyil”

AKP sədri: “Azərbaycanda sol yönümlü birlik yaratmaq üçün münbit şərait mövcud deyil”
# 20 noyabr 2008 10:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Dörd kommunist yönümlü siyasi qrupun təşəbbüsü ilə yaradılması nəzərdə tutulan siyasi birlik rüşeymdəcə boğulacaq”. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Ələsgər Xəlilov APA-ya açıqlamasında deyib ki, Rauf Qurbanovun rəhbərlik etdiyi təşkilat, Azərbaycan Kommunist Partiyası (marksizmi-leninizm platformasında ), Azərbaycan Sosialist Partiyası (ASP), Vahid Azərbaycan Kommunist Partiyası (VAKP) tərəfindən aparılan danışıqların nəticəsi ölkə kommunistləri üçün əhəmiyyət kəsb etməyəcək: “Ötən müddət ərzində həmin təşkilat rəhbərlərinin əksəriyyətinin bir-biriləri haqda dediklərini xatırlayanda, onların indi birlik barədə danışmaları məndə gülünc doğurur. Bu, birlik deyil. Sadəcə, özlərini bizə və Moskvaya göstərmək istəyirlər”. Ə. Xəlilovun sözlərinə görə, həmin siyasi təşkilatların heç bir sosial bazası yoxdur: “Həmin partiyalar ölkədə kommunist hərəkatının inkişaf etməsində də maraqlı deyillər”. AKP sədri onu da bildirib ki, hazırkı vəziyyətdə kommunistlərin toplaşacağı sol təmayüllü birlik yaratmaq üçün ölkədə münbit şərait mövcud deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR