Prezident ədliyyə və məhkəmə orqanları işçilərinin, Məhkəmə-Hüquq Şurası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb

Prezident ədliyyə və məhkəmə orqanları işçilərinin, Məhkəmə-Hüquq Şurası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb
# 21 noyabr 2008 17:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev hakimlərin, ədliyyə və məhkəmə orqanları işçilərinin, Məhkəmə-Hüquq Şurası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə və məhkəmə orqanlarında qulluqda fərqləndiklərinə, hakim vəzifəsinə namizədlərin seçilməsində səmərəli fəaliyyətlərinə, cəza-icra siyasətinin həyata keçirilməsində və ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştiraklarına görə bir sıra şəxslər “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi, bir qrup şəxs “Tərəqqi” medalı, bir qrup şəxs “Hərbi xidmətlərə görə” medalı, bir qrup şəxs isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR