Akif Şahbazov: “Bu gün seçicilərin mütləq əksəriyyəti müxalifətdə deyil”

Akif Şahbazov: “Bu gün seçicilərin mütləq əksəriyyəti müxalifətdə deyil”
# 22 noyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, seçicilərin mütləq əksəriyyəti müxalifətdə deyil və müxalifəti bu şəkildə qəbul etmir”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların yeni formatda əməkdaşlığı genişləndirməklə bağlı addımlarına münasibət bildirən A. Şahbazovun fikrincə, bu vaxta qədər eyni metod və üsullarla mübarizə aparmaq, radikal ifadələr işlətmək, zaman-zaman sosial elektoratdan məhrum olmaqla nəticələnib. Buna görə də eyni metodlarla siyasi fəaliyyət göstərməyin perspektivini görməyən partiya sədri hesab edir ki, bunun üçün siyasi partiyalar sıfırdan başlamalıdırlar: “Bütün ərazilərdə partiyanın yerli təşkilatları olmalıdır. Yerli təşkilatları olmayan hər hansı bir partiyanın lideri avtoritet olsa belə heç bir siyasi uğurdan söhbət gedə bilməz. Biz müxalifət olaraq yenidən Azərbaycanın bütün regionlarında insanlarla siyasi maarifləndirmə işi aparıb müxalifətçiliyin yeni dünyaya uyğunlaşdıra bilsək və sosial təbəqəni öz tərəfimizə çəkməyə nail olsaq, o zaman perspektiv ola bilər. Bunun da baş tutacağını yaxın zamanda gözləmirəm. Hər hansı partiyanın güclü lideri, funksioneri, qəzeti ola bilər, amma yerli təşkilatı olmasa o heç nəyə nail olmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR