Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib
# 28 noyabr 2008 14:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Azərbaycanla Özbəkistan arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında” sazişin təsdiqlənməsi barədə qanun layihəsi müzakirə edilib. Komissiyanın sədri Ziyafət Əsgərov qanun layihəsinin Azərbaycanın maraqlarına uyğun olduğunu deyib.
Komissiya üzvləri “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlara təklif olunan dəyişiklikləri də müzakirə ediblər. Sənədlər parlamentə tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR