Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ Azərbaycan Milli Məclisində müzakirə olunacaq

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ Azərbaycan Milli Məclisində müzakirə olunacaq
# 11 aprel 2009 09:08 (UTC +04:00)
Parlamentdən APA-ya daxil olan məlumata görə, iclasda Milli Məclisin daimi komitələrinin işinin təşkil olunması, daimi komitələrin tərkibinin müəyyən edilməsi, İctimai Televiziyanın Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Bundan başqa, deputatlar “Xüsusi iqtisadi zonalar haqqında”, “Dərman vasitələri haqqında”, “Bəzi rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında” qanun layihələrinə də münasibət bildirəcəklər.

İclasda, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ də müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR