Azərbaycan Mili Məclisinin daimi komitələrinin tərkibi təsdiqlənib

Azərbaycan Mili Məclisinin daimi komitələrinin tərkibi təsdiqlənib
# 14 aprel 2009 10:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Milli Məclisinin komitələrinin təşkil edilməsi haqqında məsələ müzakirə olunub. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. Ə. Hüseynov qeyd edib ki, bu, referendumdan irəli gələn məsələdir. Bununla bağlı qərar layihəsində daimi komissiyalar daimi komitələr adlandırılıb. Aparılan müzakirələrdən sonra bununla bağlı qərar qəbul edilib. Eyni zamanda MM-in daimi komissiyalarının tərkibi komitələrin tərkibi kimi təsdiqlənib.

Bundan irəli gələrək bəzi qanunvericilik aktlarına da əlavə və dəyişiklər qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR