Əkrəm Əylisli parlamentin iclasını yarımçıq tərk edib
14 aprel 2009 13:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin üzvü, Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli parlamentin iclasını yarımçıq tərk edib. APA-nın məlumatına görə, hadisə parlamentin bugünkü iclasında İctimai Televiziya və Radio Yayımlarının Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə olunarkən baş verib. Belə ki, sözügedən məsələ müzakirə olunarkən çıxış etmək istəyən Əkrəm Əylisliyə söz verilməyib. Deputat ayağa qalxaraq, söz istəsə də, onun bu istəyi nəzərə alınmayıb. Buna cavab olaraq isə Ə. Əylisli parlamentin iclasını tərk edib. Xalq yazıçısı məsələ ilə bağlı mətbuata açıqlama verməkdən də imtina edib.
Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024