Müsavat Partiyası bələdiyyə seçkilərində Xalq Partiyası və KXCP-nin namizədlərini müdafiə edə bilər

Müsavat Partiyası bələdiyyə seçkilərində Xalq Partiyası və KXCP-nin namizədlərini müdafiə edə bilər
# 16 aprel 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində Xalq Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının namizədlərini müdafiə edə bilər. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, artıq Xalq Partiyasının sədr əvəzi Qiyas Sadıxovla bu barədə müzakirələr aparılıb. Bununla bağlı konkret qərar qəbul edilməsə də, A. Hacılı gələcəkdə müvafiq addımın atılacağını istisna etməyib: “Belə bir danışıqlar təklifi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən olsa, onların da namizədlərini müdafiə edə bilərik. Çünki bələdiyyə seçkiləri çoxmandatlı dairələr üzrə keçirilir. Ona görə də rəqabət aparmadan da dairələrdə bələdiyyələrə namizədlərin irəli sürülməsi mümkündür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR