YAP bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb

YAP bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb
# 18 aprel 2009 11:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Yeni Azərbaycan Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb”. Bunu APA-ya açıqlamasında partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP funksioneri bildirib ki, bu seçki digərlərindən namizədlərin sayının çoxluğu ilə fərqlənir. Bu səbəbdən də hazırlıq prosesinə start verilib: “Keçən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 20 mindən artıq namizəd irəli sürülmüşdü. Bu namizədlərin araşdırılması, təhlili, sənədlərin hazırlanması isə uzun prosesdir. Buna görə də biz artıq araşdırmalar apararaq, namizədlər müəyyənləşdiririk”.

S. Novruzov partiyanın yerlərdəki seçki qruplarının formalaşdırılmasına da başlanıldığını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR