Mübariz Qurbanlı: “Siyasi partiyalara maliyyə ayrılarkən seçkidə topladığı səslər, parlamentdə tutduqları yer nəzərə alınmalıdır”

Mübariz Qurbanlı: “Siyasi partiyalara maliyyə ayrılarkən seçkidə topladığı səslər, parlamentdə tutduqları yer nəzərə alınmalıdır”
# 18 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Siyasi partiyalara maliyyə ayrılarkən onun bölüşdürülməsi zamanı seçkidə topladığı səslər, parlamentdə tutduqları yer nəzərə alınmalı və maliyyə diferensial şəkildə bölüşdürülməlidir”. Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı verib. O deyib ki, indi qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Ötən müddət ərzində isə bu qanuna bir sıra əlavə və dəyişikliklər edilib. Ancaq qanun yenidən işlənməlidir. M. Qurbanlının sözlərinə görə, bu qanunda siyasi partiyaların yenidən maliyyələşməsi müddəası öz əksini tapmalıdır: “Lakin maliyyələşmənin hansı şəkildə aparılacağı haqda parlamentdə ortaq fikir yoxdur. Müxtəlif ölkələrin təcrübələri öyrənilir. Fikrimcə, partiyanın dövlət qeydiyyatından keçməsi burada əsas meyar kimi qəbul olunmamalıdır. Dünya təcrübəsindən də məlumdur ki, partiyalar seçkidə iştirak etməli və özünü təsdiq etməlidir. Yeni Azərbaycan Partiyası olaraq, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin əleyhinə deyilik və bu müzakirələrdə iştirak etməyə hazırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR