YAP üzvləri Quba məzarlığını ziyarət edəcəklər

YAP üzvləri Quba məzarlığını ziyarət edəcəklər
# 21 aprel 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Quba məzarlığını ziyarət edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ziyarətdə məqsəd uydurma erməni soyqırımı iddiasına etiraz, azərbaycanlıların ermənilər tərəfindən soyqırımı məruz qalmasını dünya ictimai rəyinə bir daha çatdırmaqdır. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcək.

1918-ci ildə ermənilərin Qubada törətdikləri kütləvi qırğınların qan yaddaşı olan Quba məzarlığını ziyarət etdikdən sonra, Quba Olimpiya Kompleksində bununla əlaqədar konfrans keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR