AMİP-in baş katibi İsveçin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb

AMİP-in baş katibi İsveçin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb
# 21 aprel 2009 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov Bakıda səfərdə olan İsveçin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və Siyasi İşlər üzrə Komitənin prezidenti deputat Qoran Lindbladla görüşüb. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda keçirilən referendumunun sonra ölkədə mövcud olan vəziyyət, siyasi məhbuslar üzrə məruzəçinin təyinatı ilə bağlı müzakirələr aparılıb. Q. Lindblad Siyasi Məsələlər üzrə Komitədə Azərbaycana dair son müzakirələri xatırladıb, siyasi partiyalarla bağlı məsələlərin iyun sessiyasında müzakirəyə çıxarmağa cəhd edəcəyini bildirib. O, həmçinin Qafqazda son proseslərin Avropanın ziyanına işlədiyini bildirib. Görüşdə AMİP-in bələdiyyələrlə iş üzrə katibi Elşən Mustafayev iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR