Əli Əhmədov: “YAP üzvlərinin 40 faizindən çoxunu qadınlar təşkil edir”

Əli Əhmədov: “YAP üzvlərinin 40 faizindən çoxunu qadınlar təşkil edir”
# 25 aprel 2009 11:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının növbəti konfransının keçirilməsində məqsəd bu şuranın qarşısında duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmaq və yeni tərkibi formalaşdırmaqdır. Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizindən çoxunu qadınlar təşkil edir. Onların partiyadakı fəaliyyəti də yüksəkdir” .

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının konfransında iştirak edən partiyanın icra katibi Əli Əhmədov bildirib. YAP-ın icra katibi deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların fəallığı yüksəkdir.

Ə. Əhmədov qadın siyasətinin YAP-ın bütövlükdə fəaliyyətində öz əksini tapdığını bildirib: “Bizim məqsədimiz partiyada qadınların fəallığını yüksəltməyə nail olmaqdır” .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR