Siyasi İnnovasiya və Texnologiya Mərkəzi noyabr ayı üçün analitik hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi noyabr ayı üçün analitik hesabatını açıqlayıb
# 03 dekabr 2009 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi noyabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı analitik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son proseslərə diqqət yetirib. O, bildirib ki, rəsmi Bakı Ermənistanın çox istinad etdiyi “Cənubi Osetiya sindromu”nu aradan qaldırmağa müvəffəq olub: “Ermənistan özünü inandırmağa çalışırdı ki, Azərbaycan işğal altında olan torpaqları azad etmək istəsə, Rusiyanın ciddi təzyiqi ilə üzləşəcək. Halbuki bu cür düşünmək üçün heç bir əsas yoxdur. Çünki Rusiya Gürcüstana hücum etməzdən əvvəl iki ölkə arasında diplomatik müharibə baş vermişdi. Rəsmi Tiflis Rusiyanın hədələrinə cavab olaraq bu ölkəyə 59 dəfə nota vermişdi. Amma Azərbaycanın müharibə bəyanatlarına ABŞ, Rusiya və Avropa dövlətlərindən heç bir mənfi reaksiya yoxdur”.

Mərkəzin hesabatında dünyada ötən ay baş verən mühüm hadisələr də əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR