Azərbaycan Milli Məclisi “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməni təsdiqləyib

Azərbaycan Milli Məclisi “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməni təsdiqləyib
# 04 dekabr 2009 12:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisdə (MM) “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamə təsdiqlənib.

APA-nın xəbərinə görə, əsasnamə layihəsi barədə MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. R. Aslanova Azərbaycanda Miqrasiya Xidmətinin yeni yaradıldığını qeyd edərək, bu sahəyə xüsusi diqqət ayrılmasının vacib olduğunu deyib: “Bu sahə Azərbaycan dövləti üçün prioritet sahələrdən hesab olunur. Biz Miqrasiya Xidmətinin işinin təşkilində qanunvericilik bazasının formalaşdırılması yönündə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Miqrasiya sahəsində işləyənlər də məsuliyyətli və həssas olmalıdırlar”.

Millət vəkili Qənirə Paşayeva da sənədin qəbulunun vacib olduğunu deyib. Deputat tez-tez Miqrasiya Xidmətinin rəhbəri ilə bu müzakirələr apardığını qeyd edib: “Xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də həssaslıqla yanaşsınlar”.

Müzakirələrdən sonra sənəd qəbul olunub.

İclasda, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR