Azərbaycan prezidenti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri haqqında sərəncam imzalayıb
# 16 dekabr 2009 17:18 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncama əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycanın 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR