Milli Məclisdə “Pambıqçılıq haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub

Milli Məclisdə “Pambıqçılıq haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
# 25 dekabr 2009 16:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Pambıqçılıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev məlumat verib. Onun sözlərinə görə, bu qanun layihəsi ölkədə pambıqçılığın hüquqi, təşkilatı, iqtisadi əsaslarını, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyir.

6 fəsil, 28 maddədən ibarət qanun layihəsinin konseptual baxımdan zəruriliyi vurğulanıb və sənəd birinci oxunuşda qəbul edilib.

İclasda, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi və İnzibati Prosessual Məcəllənin təsdiq edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirə olunaraq qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR