AMİP 2010-cu il parlament seçkiləri ilə bağlı mövqeyini sabah müəyyənləşdirəcək

AMİP 2010-cu il parlament seçkiləri ilə bağlı mövqeyini sabah müəyyənləşdirəcək
# 14 yanvar 2010 20:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2010-cu il parlament seçkiləri ilə bağlı mövqeyini Siyasi Şuranın sabah keçiriləcək iclasında müəyyənləşdirəcək.

Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, iclasda parlament seçkiləri ilə bağlı və həmçinin 2010-cu il fəaliyyət proqramları müzakirə edilib qəbul olunacaq.

Ə.Orucov seçkilərlə bağlı müxtəlif fikirlərin olduğunu deyib: “Əsas fikir ondan ibarətdir ki, AMİP parlament seçkilərində təkbaşına iştirak etsin. Amma sonrakı mərhələdə seçkilərlə bağlı əməkdaşlıq üçün müzakirələr aparıla bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR