Azərbaycan Sosial Rifah Partiyası “20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirib - FOTO

Azərbaycan Sosial Rifah Partiyası “20 Yanvar faciəsi Azərbaycan tarixinin  ən qanlı səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirib - <font color=red>FOTO</font>
# 15 yanvar 2010 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 20 Yanvar faciəsinin 20 illiyinə həs olunmuş “20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən ASDP sədri Xanhüseyn Kazımlı 1990-cı ilin yanvar gecəsində SSRİ rəhbərliyi tərəfindən Bakıya silahlı qüvvələrin yeridilməsi və kütləvi qətlin dünyanın ən böyük faciələrindən biri olduğunu deyib. Həmin hadisədən dərhal sonra Heydər Əliyevin Azərbaycanı Moskvadakı nümayəndəliyinə gələrək törədilən faciə haqqında bəyanat verdiyi xatırladan X. Kazımlının sözlərinə görə, sonrakı proseslərdə də yalnız H. Əliyevin hadisəyə olduğu kimi hüquqi-siyasi qiymət verdiyini təsdiqlənib. Partiya sədri bu cinayəti törətmiş SSRİ rəhbərliyinin, xüsusilə Mixail Qorboçovun tarixin yaddaşında Azərbaycan xalqının ən qəddar düşməni kimi qaldığını qeyd edib.

Tədbirdə iştirak edən digər partiyaların nümayəndələri, ASRP-nin yerli təşkilatlarının təmsilçiləri və həmçinin 20 Yanvar faciəsinin şahidləri hadisə ilə bağlı öz fikirlərini bildiriblər. Onlar faciənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün zəruri tədbirlərin davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR