Qənirə Paşayeva Krım-Tatar Məclisinin rəhbərliyi ilə görüşüb

Qənirə Paşayeva Krım-Tatar Məclisinin rəhbərliyi ilə görüşüb
# 16 yanvar 2010 07:34 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva dünən Krım Dövlət Mühəndis-Sənaye Universitetində Krım-Tatar Məclisinin rəhbərliyi ilə görüş keçirib.

Bu barədə APA-ya Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Onun sözlərinə görə, görüşdə Krım-Tatar Məclisinin sədri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov, Ümumdünya Krım Tatarları Konqresinin prezidenti Refat Çubarov, universitetin rektoru Fevzi Yaqubov və digər şəxslər iştirak edib.

Görüş zamanı Krımla Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri, o cümlədən humanitar, təhsil və mədəniyyət sahəsində Azərbaycanın Krıma yardım göstərməsi kimi məsələlər müzakirə olunub.

Q.Paşayeva Krım-Tatar Məclisinin rəhbərliyinə və universitetə nəfis tərtibatda çap olunmuş kitablar hədiyyə edib.

Görüşdə Krımdakı Azərbaycan icmasının rəhbərliyi də iştirak edib.

Qeyd edək ki, Q.Paşayeva Krımdakı Azərbaycan icması tərəfindən təşkil olunmuş 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlərdə də iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR