Əli Əhmədov: “20 yanvar hadisələri ilə bağlı görüləcək işlərdən biri bu hadisənin insanlığa qarşı bir cinayət olduğunu beynəlxalq aləmə qəbul etdirməkdir”

Əli Əhmədov: “20 yanvar hadisələri ilə bağlı görüləcək işlərdən biri bu hadisənin insanlığa qarşı bir cinayət olduğunu beynəlxalq aləmə qəbul etdirməkdir”
# 19 yanvar 2010 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “20 yanvar faciəsinin araşdırılması ilə bağlı Milli Məclisə müraciəti ədalətli hesab edirəm. Bu faciəyə siyasi qiymət verildiyi kimi, hüquqi qiymət də verilməlidir. Belə bir məsələyə Yeni Azərbaycan Partiyası lazım olan mövqe nümayiş etdirməyə hazırdır”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Sədr müavini deyib ki, faciə ilə bağlı digər istiqamətdə görüləcək iş bu hadisənin insanlığa qarşı bir cinayət olduğunu beynəlxalq aləmə qəbul etdirməkdir. Ə. Əhmədov Azərbaycan xalqına qarşı böyük bir haqsızlıq edildiyini, insanların qətlə yetirildiyin, insanlığa qarşı cinayət işlədildiyini diqqətə çatdırıb: “Bu üç parametrin hər biri üzrə ətrafla araşdırma aparılmalıdır” .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR