Siyasi Repressiya Qurbanları Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib

Siyasi Repressiya Qurbanları Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib
# 22 yanvar 2010 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Siyasi Repressiya Qurbanları Assosiasiyasının (SRQA) İdarə Heyətinin iclası keçirilib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda 2010-cu il üçün iş planı müzakirə edilib. İdarə Heyətinin üzvlərinin təklifləri nəzərə alınmaqla iş planı qəbul edilib. Toplantıda qurumun üzvləri çıxış edərək SRQA İdarə Heyətinin və bütün üzvlərinin fəaliyyətinin gücləndirilməsini təklif ediblər. Assosiasiyanın prezidenti Rais Rəsulzadə isə təşkilatın bu il ərzində və yaxın illərdə görəcəyi işlərlə bağlı çıxış edib.

Qeyd edək ki, Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR