“Fərdi məlumatlar haqqında” qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə təqdim edilib

“Fərdi məlumatlar haqqında” qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə təqdim edilib
# 27 yanvar 2010 16:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. APA-nın məlumatına görə, iclasda İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov “Fərdi məlumatlar haqqında” qanun layihəsinin ikinci oxunuş üçün müzakirəyə təqdim edildiyini bildirib.
Qeyd olunub ki, qanunun əsas məqsədi fərdi məlumatların toplanması, işlənilməsi və mühafizəsinin qanunverici əsaslarını, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması və transsərhəd ötürülməsi sahəsində ümumi prinsipləri tənzimləməkdir. Sənəd barəsində ətraflı məlumat verən müvafiq şöbənin əməkdaşı deyib ki, sənədin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra əksər təkliflər qanun layihəsində öz əksini tapıb.
İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov sənədin olduqca əhatəli, texniki baxımdan uğurlu hazırlandığını söyləyib. Ətraflı müzakirədən sonra qanun layihəsi Milli Məclisin yaz sessiyasının müzakirəsinə tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR