Bakı şəhər İcra Hakimiyyəti Müsavatın piket keçirməklə bağlı müraciətinə cavab verib

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın piket keçirməklə bağlı müraciətinə cavab verib
# 05 aprel 2010 15:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, cavab məktubunda şəhər rəhbərliyi BŞİH-nin binası qarşısında aksiya keçirməyi məqsədəuyğun saymayıb. G. Aslanlı bildirib ki, cavab partiya divanında müzakirə edildikdən sonra sanksiyalaşdırılmamış aksiyanın keçirilib -keçirilməməsi barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Bakı şəhərində müvafiq yerlərin ayrılması məqsədi ilə BŞİH-nin başçısı Hacıbala Abutalıbova ünvanladığı məktuba cavab olaraq şəhər rəhbərliyi yer ayırmaqdan imtina edib. Bunu Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa zidd olduğunu bəyan edən partiya sərbəst toplaşmaq azadlığının bərpası tələbi ilə aprelin 6-da BŞİH-nin binası qarşısında aksiya keçirmək qərarı verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR