Azərbaycan “Alternativ xidmət haqqında” qanunu qəbul etməyəcək

Azərbaycan “Alternativ xidmət haqqında” qanunu qəbul etməyəcək
# 13 aprel 2010 09:47 (UTC +04:00)
Hökumətdəki mənbə APA-ya bildirib ki, Azərbaycan hakimiyyəti sözügedən sənədi qəbul etmək istəməməsini Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirir. Belə ki, Azərbaycan hakimiyyəti ölkənin müharibə şəraitində olduğunu əsas gətirərək, bu sənədi qəbul etmək niyyətində olmadığını bildirib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya deyib ki, Azərbaycan hələ on il əvvəl Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya edərkən bu sənəddə qəbul edilən mühüm müddəalardan biri vətəndaşa onun azadlıqlarını genişləndirmək naminə alternativ qaydada öz xidmətini həyata keçirmək hüququ verməsi ilə bağlı olub: “Bu müddəaya görə, insanın dini dünya görüşü tələb edirsə, o, ön cəbhədə hərbi hazırlıq mükəlləfiyyətlərini yerinə yetirmədən bu imkanı reallaşdıra bilər. Dünyanın bir çox ölkəsində bu praktika tətbiq olunmaqdadır. Ancaq Avropa ölkələrinin heç də hamısı bu sənədi ratifikasiya etməyib. Bu müddəa bizim 2002-ci ildə keçirilən referendumda Konstitusiyaya da daxil edilib. Sonra isə bu müddəa Avropa Şurasının öhdəliklərindən birinə çevrildi. Bu gün isə Azərbaycan dövlətinin bu məsələdə ehtiyatlı mövqe tutması başa düşüləndir”.

Z. Oruc sözlərinə görə, əqidəsindən çıxış edərək bu gün ön cəbhədə xidmətdən yayınaraq, arxa cəbhədə xidmət etmək istəyən şəxslər var: “Onların sayı çox da ola bilər. Bu isə hərbi quruculuğa mənfi təsir göstərən amillərdən biridir. Müharibə amili burada son dərəcə önəmli rol oynayır. Sülh danışıqlarının bu şəkildə getdiyi bir şəraitdə Azərbaycanın bu sənədi qəbul edəcəyini gözləmirəm. Baxmayaraq ki, bu layihə Avropa Şurasının Venesiya Komissiyasına ekspertiza üçün göndərilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR