Müsavat Partiyasının etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılıblar

Müsavat Partiyasının etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılıblar
# 14 aprel 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının bu gün keçirdiyi etiraz aksiyasında saxlanılan şəxslər sərbəst buraxılıblar. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, aksiyada saxlanılan şəxslərin 10-u bölməyə gətirilib. Onlara xəbərdarlıq edilib və 3 saat bölmədə saxlandıqdan sonra azad ediliblər. Polis bölməsindən bildirilib ki, saxlanılanların heç biri məhkəməyə göndərilməyib.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Partiyanın mətbuat xidməti aksiyada 47 nəfərin saxlandığını bildirib. Aksiyada saxlanılanlar arasında Azərbaycan Demokrat Partiyasının da üzvləri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR