Sərdar Cəlaloğlu: “Ümid Partiyasına münasibətdə AXCP-nin davranışında ikili standart görünür”

Sərdar Cəlaloğlu: “Ümid Partiyasına münasibətdə AXCP-nin davranışında ikili standart görünür”
# 15 aprel 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Ümid Partiyasına münasibətdə AXCP-nin davranışında ikili standart görünür”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Müsavat Partiyası bir neçə partiyanı müxtəlif məsələlərdə ittiham edib. AXCP isə bu ittiham olunan partiyanın biri ilə müttəfiqliyi davam etdirir, digər partiyanı – Ümid Partiyasını isə Müsavat kimi ittiham edir: “Bunun özü ikili standartdır. Ya gərək Müsavatın verdiyi bəyanatı birmənalı şəkildə qəbul edib, o bəyanatda adı çəkilən bütün siyasi qüvvələrə oxşar münasibət bəsləsin, ya da belə düşünmürsə, fərqli münasibət bəsləsin. Ona görə də Müsavat Partiyasının ittiham etdiyi Liberal Partiya ilə əməkdaşlıq edirsə, eyni qaydada Ümid Partiyası ilə əməkdaşlıqda da problem olmamalıdır. Sadəcə olaraq kimsə birlik istəmirsə, bəhanələr gətirirsə, bu, başqa məsələdir. Amma mən düşünürəm ki, hələ AXCP və həmçinin “Azadlıq” bloku son sözünü deməyib”.

S. Cəlaloğlu bildirib ki, o AXCP və Ümid partiyalarının sədrləri ilə müzakirə aparıb və bunu davam etdirəcək: “Mən düşünmürəm ki, birlik alınmır. Biz seçkilərə qədər müxalifətin ən yaxın birliyinin yaranmasına çalışacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR