Cəlilabad rayonunda növbəti “Qarabağ Forumu” keçirilib

Cəlilabad rayonunda növbəti “Qarabağ Forumu” keçirilib
# 17 aprel 2010 13:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Cəlilabad rayonunda növbəti “Qarabağ Forumu” keçirilib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müharibə veteranlarının, QAT-ın region şöbələrinin və bölgənin ictimai-siyasi təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirə hərbi formada qatılan QAT sədri Akif Nağı çıxışında Azərbaycanın işğal altında olan bölgələrinin azad edilməsi üçün dövləti və xalqı müharibəyə başlamağa çağırıb.

O bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsinin mənası yoxdur və Ermənistan barışmaz tərəf kimi çıxış edir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar problemin həllində ədalətsiz mövqe tutduğundan, Azərbaycan əraziləri yalnız hərbi yolla azad edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR