Azərbaycan baş prokurorunun təsdiq edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub

Azərbaycan baş prokurorunun təsdiq edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub
# 20 aprel 2010 08:20 (UTC +04:00)
Məlumata görə, Azərbaycan Prezidenti baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə göndərib. Milli Məclisdə daxil olan sənəddə hazırkı baş prokuror Zakir Qaralovun yenidən bu vəzifəyə təsdiq olunması ilə bağlı tövsiyə əksini tapıb. Qeyd edək ki, Z. Qaralovun səlahiyyət müddəti aprelin 25-də başa çatır. Belə ki, Z. Qaralov Azərbaycanın baş prokuroru vəzifəsinə 2000-ci il aprelin 25-də təsdiqlənib. O, iki müddətə bu vəzifəni icra edib.

Qeyd edək ki, ötən il “Prokurorluq haqqında” qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR