Azərbaycan Mərkəzi Seçki Komissiyasındakı boş yerlərə namizədlər təqdim olunub

Azərbaycan Mərkəzi Seçki Komissiyasındakı boş yerlərə namizədlər təqdim olunub
# 20 aprel 2010 15:22 (UTC +04:00)
Məlumata görə, MSK-dakı boş qalan yerlərin tutulması üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təşkilatın Ali Məclisinin sədri Mikayıl Rəhimov, Böyük Quruluş Partiyası tərəfindən isə təşkilatın üzvü İbrahim Məmmədovun təqdimatı verilib.

MSK-da olan bir boş yerə (rəhmətə getmiş Svetlana Qasımovanın yerinə) isə hələlik namizəd təqdim edilməyib. Həmin yerə də müxalifət partiyaları tərəfindən namizədin təqdim ediləcəyi gözlənilir.

Məsələyə parlamentin yaz sessiyası ərzində baxılacaq.

Sözügedən hər iki partiyadan APA-ya MSK-da təmsil olunmaq üçün Milli Məclisə namizəd təqdim edildiyi təsdiqlənib.

Qeyd edək ki, boş qalmış iki yerə Müsavat Partiyası nümayəndə göndərməkdən imtina edib.

Xatırladaq ki, bu məsələ bir müddət əvvəl parlamentdə qaldırılmış, spiker Oqtay Əsədov da Müsavatı gözləmək fikrində olmadıqlarını bildirərək, müvafiq olaraq namizəd təqdim olunmasını istəmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR