Milli Məclisin son 5 illik fəaliyyəti ilə bağlı debat keçirilib

Milli Məclisin son 5 illik fəaliyyəti ilə bağlı debat keçirilib
# 21 aprel 2010 14:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Milli Məclisin son 5 illik fəaliyyəti qənaətbəxşdir” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, debatda tərəf kimi Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev və “Müsavat” deputat qrupunun üzvü Nəsib Nəsibli çıxış edib. M. Quliyev çıxışında parlamentin 5 illik fəaliyyətini qənaətbəxş saydığını, Milli Məclisin qanunvericilik, beynəlxalq əlaqələr və seçicilərlə iş istiqamətlərində öz vəzifəsini yerinə yetirdiyini deyib. N. Nəsibli isə parlamentin işini qeyri-qənaətbəxş qiymətləndirib. O, ötən beş ildə Milli Məclisin zahiri baxımdan gözəlləşdiyini, amma məzmununun dəyişmədiyini söyləyib.

M. Quliyev isə N. Nəsiblinin nəzərdə tutduğu müstəqilliyi istəmədiyini bildirib. Onun sözlərinə görə, parlamentdə həmişə birinci müxalifətçi deputatlar çıxış edir, amma qanunların müzakirəsi zamanı onlar tapılmır. Buna cavab olaraq N. Nəsibli parlamentdə çıxış edə bilmədiyini, gündəliyin müzakirəsi zamanı 3 dəqiqəlik çıxış imkanı ala bilmədiyini qeyd edib: “Azərbaycanda problemlər çoxdur və gündəliyin müzakirəsi heç olmasa bir saata qədər artırılmalıdır”.

Debatda ekspertlər də mövzuya dair fikirlərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR