Milli Məclisdə Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması ilə bağlı məsələyə aprelin 27-də baxılacaq

Milli Məclisdə Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması ilə bağlı məsələyə aprelin 27-də baxılacaq
# 22 aprel 2010 14:10 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin deputatı Zahid Oruc bildirib. Onun sözlərinə görə, parlamentin növbəti iclası aprelin 27-də keçiriləcək: “Həmin iclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Zakir Qaralovun baş prokuror vəzifəsinə təsdiqlənməsi ilə bağlıdır”.

Deputat deyib ki, iclasda “Normativ hüquqi aktlar haqqında” qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, qanunvericiyə əsasən, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi çalışan Z. Qaralovun isə səlahiyyət müddəti aprelin 25-də başa çatır.

Bir neçə gün əvvəl isə Azərbaycan prezidenti Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiq edilməsi ilə bağlı qanun layihəsini parlamentə göndərib.

Xatırladaq ki, ötən il “Prokurorluq haqqında” qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR