Böyük Quruluş Partiyası Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək barədə qərar qəbul edib

Böyük Quruluş Partiyası Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək barədə qərar qəbul edib
# 26 aprel 2010 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Böyük Quruluş Partiyası (BQP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar BQP Ali Məclisinin iclasında qəbul edilib. Qəbul edilən qərara görə, seçkilər ərəfəsində digər partiyalarla əməkdaşlıq etmək, bloklar yaratmaqla bağlı qərar qəbul etmək səlahiyyəti partiyanın Siyasi Quruluna verilib.

Ali Məclisin iclasında həmçinin BQP-nin Naxçıvan Muxtar Respublikası bölgə təşkilatının və həmçinin bir neçə yeni rayon təşkilatlarının qeydə alınması barədə qərar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR