BAXCP: Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün böyük bir kampaniyanın başladığı bir vaxta hökumət daha çevik siyasət yürütməlidir

BAXCP: Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün böyük bir kampaniyanın başladığı bir vaxta hökumət daha çevik siyasət yürütməlidir
# 26 aprel 2010 12:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Ermənistanın Türkiyə ilə imzaladığı protokolların ratifikasiyasını dayandırması, o cümlədən saxta “erməni soyqırımı” iddiaları ətrafında cərəyan edən proseslər müzakirə olunub. Bununla əlaqədar partiya bəyanat qəbul edib. Bəyanatda Türkiyə BMT Təhlükəsizlik Şurasının qərarlarına əhəmiyyət verməyən təcavüzkar Ermənistanla hava əlaqələrini, o cümlədən iqtisadi, ticarət və digər münasibətləri dayandırmağa çağırılıb.

İdarə Heyətinin qəbul etdiyi digər bəyanat isə bir sıra beynəlxalq təşkilatların Azərbaycanda həbsdə saxlanılan bəzi şəxslərlə bağlı açıqlamaları ilə əlaqədardır. BAXCP bildirib ki, əksər beynəlxalq təşkilatların böyük dövlətlər tərəfindən dünyada öz siyasətlərini həyata keçirmək üçün yaradıldığı heç kimə sirr deyil: “Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün Azərbaycan əleyhinə böyük bir kampaniyanın başladıldığı bir vaxta hökumət daha çevik siyasət yürütməli, bədxahlarımıza belə imkanlar verməməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR