Aşqabadda Hüseynbala Mirələmovun türkmən dilində nəşr olunmuş kitabının təqdimatı keçiriləcək

Aşqabadda Hüseynbala Mirələmovun türkmən dilində nəşr olunmuş kitabının təqdimatı keçiriləcək
# 10 may 2010 07:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin üzvləri Türkmənistana səfər edib. APA-ya parlamentdən daxil olan məlumata görə, Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli və deputat Hüseynbala Mirələmov Aşqabada səfər ediblər. Onlar Aşqabadda H. Mirələmovun türkmən dilində nəşr olunan “Görkəmli insanların həyatı” seriyasından kitabının təqdimat mərasimində iştirak edəcəklər. Bundan başqa deputatlar Türkmənistanda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən tədbirlərə də qatılacaqlar.

Qeyd edək ki, H. Mirələmovun Heydər Əliyevə həsr etdiyi sözügedən kitab dünyanın bir çox dillərinə tərcümə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR